Ölkəmizə Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı kəskin artmaqdadır

Ölkəmizə Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı kəskin artmaqdadır Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım var.

Mədəiyyət və Turizm Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur.
Bu son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir.
Aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ digər Körfəz ölkələri ilə birlikdə Azərbaycan üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilib və bundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə hədəflənib.
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanmış və həmin ildən etibarən sözügedən ölkədə Nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 2011-ci ildə etibarən şirkət Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkil edilməsi kimi işlər görmüşdür. Təsadüfi deyildir ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 57.5 % artım baş vermişdir.
Bununla yanaşı qeyd edək ki, BƏƏ-dən 2016-cı ilin yanvar-iyun aylarında ölkəmizə gələn xarici turistlərin sayı 10 086 nəfər təşkil edir.


Tehsil-press.az

Oxşar xəbərlər