Türkiyədə əsgərlər arasında kütləvi dava

Türkiyədə əsgərlər arasında kütləvi dava Türkiyənin Karabük vilayətinin Safranbolu rayonunda jandarm alayında əsgərlər arasında kütləvi dava baş verib.

"Anadolu" agentliyinin yaydığı məlumata görə, kütləvi dava alayın yeməkxanasında baş verib. Belə ki, 30 əsgər arasında yaranmış mübahisə sonradan kütləvi davaya çevrilib. Vəziyyətin daha da ciddiləşdiyini görən növbətçi gizir havaya atəş açmaqla onlardan sakitləşmələrini tələb edib. Kütləvi dava zamanı 1-i ağır olmaqla 10 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.


Tehsil-press.az

Oxşar xəbərlər