Türkiyədə terror aktı törədildi

Türkiyədə terror aktı törədildi Türkiyənin Nusaybin bölgəsinin Yenişehir məhəlləsində terrorçu PKK qruplaşmasının qazdığı çuxurlardakı əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində 9 əsgər yaralanıb.

Türkiyə KİV xəbər verir ki, yaralılardan 3-nün vəziyyəti ağırdır. Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olan yaralılardan bir hospitalda həyatını itirib.
Məlumata görə, hadisə əsgərlər terrorçuların məhəllədə qazdıqları çuxurları doldurarkən baş verib.


Tehsil-press.az

Oxşar xəbərlər