Azərbaycan tibbi turizminin inkişafı üçün şanslı ölkədir

Azərbaycan tibbi turizminin inkişafı üçün şanslı ölkədir Hazırda dünya əhalisinin təxminən 3-4%-i yaxşı, keyfiyyətli müalicə almaq məqsədilə səyahət edir. Onlar öz ölkələrindəki mövcud tibbi müalicədən daha ucuz, daha effektlisini axtarırlar.
Sorğulara əsasən onu da qeyd etmək lazımdır ki, müalicə məqsədilə səyahət edənlərin əksəriyyəti tibb aləminə çoxlu yeniliklər bəxş etmiş bioloji təbabətə üstünlük verirlər. Bu cəhətdən Almaniya, İsveçrə, Belgiya, İtaliya və s. Avropa ölkələrindəki mövcud yüksək tibbi xidmətləri misal çəkmək olar.
Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan həm də tibbi turizm sahəsinin inkişafı üçün imkanlara yol açır.
Uzun illər Almaniya, İtaliya, İsveç kimi tibbin inkişaf etdiyi ölkələrdə fəaliyət göstərən bioloji təbabətin, nəhayət ki, Azərbaycana gətirilməsi birmənalı olaraq, həm tibbi turizmin inkişafına, həm də iqtisadi qatqının ölkə daxilində saxlanılmasına hesablanıb.
Bu gün azərbaycanın səhiyyə sistemində fəaliyyət göstərən Bioloji Təbabət Klinikası öz inkişaf infrastrukturu və yüksək tibbi xidmətləri ilə tibbi turizm sahəsində real təkamülün müəllifinə çevrilib.
Klinikada Avropanın ən aparıcı universitetlərində təhsil almış, həkim-personallar çalışır. Peşəkar mütəxəssislər və münasib qiymətlər bura müraciət edənlərə keyfiyyətli xidmət göstərmək prinsipinə əsaslanıb.
Artıq Azərbaycan məhdud tibbi xidmətlərə malik ölkə yox, həm də tibbi turizmini günü-gündən inkişaf etdirən ölkələr sırasına qədəm qoymuşdur.
Məhs elə buna görədir ki, bu gün bioloji təbabətlə müalicəyə üstünlük verən, bunun üçün azərbaycana üz tutan turistlər arasında Şərq ölkələrinin vətəndaşları çoxluq təşkil edir.

Oxşar xəbərlər