Jurnalistlərə mükafat təqdim olundu

Jurnalistlərə mükafat təqdim olundu Bu gün "Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət" mövzusunda müsabiqənin qaliblərinin təqdimat mərasimi keçirilib.

Tehsil-press.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, media qurumlarının rəhbərləri iştirak edib.
Tədbirdə çıxış edən Ə.Amaşov bildirib ki, turizm bu gün kifayət qədər aktual mövzudur. O qeyd edib ki, inkişaf etmiş ölkələrin gəlirinin əsas hissəsi məhz turizm sahəsindən gəlir: “Bu sahədə çoxlu sayda iş yerləri açılır. Türkiyənin turizm sahəsindən gələn gəliri təqribən 25 milyard dollara bərabər olur. Bəzi ölkələrdə isə bu rəqəm 50 milyard dollara çatır”.
Ə.Amaşov vurğulayıb ki, media turizm sahəsində gedən işlər, yeniliklər, qanunvericilik bazası və digər məsələlər barəsində cəmiyyəti məlumatlandırmaqla turizm sahəsinin inkişafında mühüm rol oynaya bilər.
Tədbirdə çıxış edən V.Səfərli Azərbaycanda son illərdə turizmin çox inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın dünyada tanıdılması baxımından turizm çox vacib sahədir: “İldən-ilə Azərbaycana gələn turistlərin sayı çoxalıb. Bu sahədə media üzərinə böyük iş düşür. Turizm sahəsində görülən işləri media cəmiyyətin diqqətinə çatdırmalıdır. Media turizm sektorunu daim diqqətdə saxlamalı və işıqlandırmalıdır”.
Tədbirdə çıxış edən digər natiqlər də turizmin inkişafında medianın rolundan danışıblar. Tədbirin sonunda qaliblərə mükafatlar təqdim olunub.


Tehsil-press.az

Oxşar xəbərlər