Masallıya 3 milyon manat ayrıldı

Masallıya 3 milyon manat ayrıldı Azərbaycan Prezidenti İlham Əliyev Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Son illərdə Masallı rayonunun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib, sənaye məhsulunun həcmi 8,0 dəfə, əsas kapitala yönəldilmiş vəsait 32,8 dəfə, tikinti-quraşdırma işləri 33,5 dəfə artıb, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, “ASAN həyat” Kompleksi, Bayraq Meydanı və Dövlət Rəmzləri Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq-İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 76 mənzilli 3 yaşayış binası inşa edilib, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri istehsal və emal müəssisələri yaradılıb, 34 mindən çox yeni iş yeri açılıb, Masallı şəhərinin içməli su təchizatı sistemi yenidən qurulub, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
Sərəncama əsasən, qeyd olunan işləri nəzərə alaraq Masallıda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 26 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Masallı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılır. Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Tehsil-press.az

Oxşar xəbərlər