Azərbaycan və Türkiyənin birgə enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır.
Tehsil-press.az-n məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresində çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib: “Hörmətli xanımlar və cənablar, əziz dostlar! Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir. Bu rol getdikcə artır və Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində çox önəmli addımlar atır".
İlham Əliyev bildirib ki, Türkiyənin inkişafı, sabitliyi nəinki Türkiyəni sevən ölkələrə, ona dost olan ölkələrə, bütün dünyaya lazımdır: "Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində çox önəmli rol oynayır. Bu ilin iyulunda Türkiyə çətin bir sınaqdan şərəflə çıxdı. Türkiyə xalqı Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək böyük qəhrəmanlıq göstərməklə dövlət çevrilişinə cəhdin qarşısını aldı, dövlətçiliyi qorudu, Türkiyənin xoşbəxt bu gününü və gələcəyini qorudu. Biz Azərbaycanda sizinlə fəxr edirik. Biz bir çox önəmli enerji layihələrimizi Türkiyə ilə bərabər icra edirik və bu enerji layihələri dünya üçün böyük əhəmiyyət daşıyır".
Azərbaycan Prezidenti əlavə edib: “Onu qeyd etməliyəm ki, dünyanın neft tarixi Bakıda başlayır. XIX əsrin ortalarında dünyada ilk dəfə olaraq sənaye üsulu ilə ilk neft çıxarılıb. Bundan 100 il sonra ilk dəfə dənizdə neft Azərbaycan neftçiləri tərəfindən çıxarılıb. Müstəqilliyimizin ilk illərində Azərbaycan ilk dəfə olaraq xarici neft şirkətlərini Xəzər dənizinə dəvət etdi, “Əsrin müqaviləsi” imzalandı, “Azəri-Çıraq-Günəşli” neft yataqları işə düşdü və bu neft yataqları dünya miqyasında ən böyük neft mənbələrindən biridir. Beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafı başlamışdır. Bu ay müstəqilliyimizin bərpasının 25-ci il dönümünü qeyd edəcəyik və bizim müstəqil ölkə kimi inkişafımızda enerji sektoru xüsusi rol oynamışdır. Azərbaycan dünya bazarlarına çıxışı olmayan ölkələrdən biridir, buna görə də mütləq boru xətləri çəkilməli idi. Bu gün bizim xam nefti dünya bazarlarına çıxarmaq üçün üç boru xəttimiz var: ikisi Qara dənizə, biri Aralıq dənizinə, Ceyhan limanına bizim neftimizi gətirir. Biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə bağladıq və bu gün Azərbaycan nefti həm Türkiyəyə ixrac edilir, həm də Türkiyə üzərindən dünya bazarlarına ixrac olunur. Bu bizə çox böyük xeyir gətirir və Bakı-Tbilisi-Ceyhan boru xəttinin 2006-cı ildə əziz qardaşım, cənab Prezident Ərdoğanla birlikdə açılışını etdiyimiz andan bu günə qədər keçən 10 il ərzində Türkiyə və Azərbaycan arasındakı enerji və digər sahələrdə əlaqələr daha da möhkəm oldu. 2007-ci ildən sonra isə Azərbaycan tarixdə ilk dəfə olaraq təbii qazı ixrac etməyə başlamışdır, Bakını Ərzurumla birləşdirən boru xətti çəkildi və beləliklə, biz Türkiyəyə təbii qazın ixracatına başlamışıq”.
Dövlət başçısı deyib ki, Azərbaycanda təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 triliyon kubmetrə bərabərdir və dünyanın ən böyük qaz yataqlarından biri olan “Şahdəniz” Azərbaycanda yerləşir: “Bütün bunları nəzərə alaraq, mütləq böyük qaz xətti çəkilməli idi və müxtəlif şirkətlər, müxtəlif ölkələr bu istiqamətdə öz səylərini göstərirdilər, ancaq bu səylərin heç bir nəticəsi olmamışdı. Yenə də Türkiyə və Azərbaycan bu istiqamətdə də öz liderliyini göstərdi və bu gözəl İstanbul şəhərimizdə 2014-cü ildə əziz qardaşım, Prezident Ərdoğanla birlikdə TANAP anlaşması imzalanmışdır. TANAP anlaşması tarixi bir anlaşmadır. Bu, digər önəmli layihələrə təkan verdi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin tərkib hissəsidir”.
Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi bu gün dünya miqyasında ən böyük enerji layihələrindən biridir: “Cənub Qaz Dəhlizinin sərmayə tutumu 45 milyard dollardır, dörd önəmli layihədən ibarətdir. Biri TANAP, digərləri Cənubi Qafqaz Boru Kəməridir ki, bizim qazımızı Azərbaycandan Türkiyə sərhədinə - Türkiyə-Yunanıstan, Türkiyə-Gürcüstan sərhədinə qədər gətirir; ondan sonra Transadriatik kəməri və “Şahdəniz” yatağının işlənməsi. Cənub Qaz Dəhlizi bu gün uğurla icra edilir. Azərbaycan və Türkiyə bu layihənin icrasında liderlik keyfiyyətlərini göstərirlər və bu, enerji təhlükəsizliyi üçün çox önəmli bir layihədir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Ancaq təbii resurslarla zəngin olmayan ölkələr çalışırlar ki, müxtəlif yerlərdən onlara yeni resurslar gətirilsin. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır. Və çoxşaxəli diversifikasiya yolu ilə həm nefti, həm də qazı dünya bazarlarına çıxarır”.
İlham Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrasında artıq yeddi ölkə birləşib: “Və gələcəkdə daha bir neçə ölkə bu önəmli layihəyə qoşula bilər. Bu istiqamətdə apardığımız işlər bizim ölkəmizi gücləndirir. Çünki qeyd etdiyim kimi, cəmi 25 ildir ki biz müstəqil ölkə kimi yaşayırıq. İqtisadiyyatımızın böyük hissəsi ilk illərdə neftə, qaza bağlı idi. Bu gün isə neft və qazdan əldə etdiyimiz mənfəəti iqtisadiyyatımızın digər sahələrinə yatırmaqla ölkəmizin inkişafını dayanıqlı edirik. Bizim iqtisadiyyatımızda neft və qaz hazırda cəmi 30 faiz təşkil edir".
Dövlət başçısı deyib ki, enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır: "Təbii resurslarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda şəklində fəaliyyət göstərməlidirlər, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft və qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olub ki, burada biz xalqlarmızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Enerji siyasətimiz bizə imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq. Müstəqilliyimizin ilk illərində xarici sərmayədən asılı idik, bu gün isə biz başqa ölkələrə böyük həcmdə yatırımlar edirik. O cümlədən qardaş Türkiyəyə bizim qoyduğumuz və qoyacağımız sərmayə 20 milyard dollara bərabərdir. Bu bizim iqtisadiyyatımızı gücləndirir, Türkiyə iqtisadiyyatını gücləndirir və bizim birliyimizi gücləndirir".
İlham Əliyev bildirib ki, bu gün dünya enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə edəndə Türkiyə və Azərbaycanı nəzərə almamaq mümkün deyil: "Çünki artıq bizdə həm təbii ehtiyatlar, böyük coğrafiya, həm də şaxələndirilmiş nəqliyyat infrastrukturu var. Biz bunu yaratmışıq və bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı mənfəət, maraqlar əsasında öz işimizi qururuq.
Bu gün biz çox sevinirik ki, Türkiyə uğurla, inamla irəliyə gedir. Türkiyə “Böyük İyirmiliy”in üzvüdür. Və Türkiyə-Azərbaycan əlaqələrini bir faktla işıqlandırmaq üçün sadəcə olaraq onu deməliyəm ki, “Böyük İyirmiliy”in keçən ilin noyabr ayında Antalyada keçirilən Zirvə görüşündə Türkiyə bu kluba üzv olmayan bir ölkəni dəvət edə bilərdi və Türkiyə Azərbaycanı dəvət etdi. Buna görə bir daha sizə minnətdaram. Mən bu gün bu il 4-cü dəfədir ki Türkiyəyə səfər edirəm və əziz qardaşım Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfərlər edir. Bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir, əbədidir, sarsılmazdır. Sağ olun”.
Tehsil-press.az