19 yaşlı qız 9-cu mərtəbədən yıxılıb öldü

19 yaşlı qız 9-cu mərtəbədən yıxılıb öldü Bakıda qadın bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə Tehsil-press.az-a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 20-də gecə saatlarında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini - 1997-ci il təvəllüdlü Əsgərova Sərfinaz Salman qızı yaşadığı 9 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilin pəncərəsindən paltar asmaq istəyərkən ehtiyatsızlıqdan yıxılıb. S.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər