Kişi oğlunun sevgilisini öldürdü - Bakıda
Tehsil-press.az xəbər verir ki, Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Yuri Raskov oğlu ilə qeyri-rəsmi nikahda olduğu 1982-ci il təvəllüdlü İnna Berezuyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib. Hadisəni törədən Y. Raskov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
tehsil-press.az
- Baxış: 7632
Xəbərin tarixi: 28.04.2016 / 10:18
-
Oxşar xəbərlər