
ASAN-dan Tehsil-press.az-a verilən məlumata görə, səyyar ASAN xidmət avtobusları 4 oktyabr-2 noyabr Goranboy, Ağdaş və İsmayıllıda, 24 oktyabr-7 noyabr Yardımlı və Neftçalada, 24 oktyabr-22 noyabr Qubada, 24 oktyabr-2 noyabr Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində vətəndaşların xidmətində olacaqlar.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Tehsil-press.az