Dövlət qurumlarında “ASAN xidmət” standartları tətbiq ediləcək

Dövlət qurumlarında “ASAN xidmət” standartları tətbiq ediləcək “ASAN xidmət” mərkəzlərinin şəffaflıq standartları dövlət orqanlarında tətbiq ediləcək.

Tehsil-press.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.
Milli Fəaliyyət Planına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2016-2018-ci illərdə “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan fəaliyyət prinsipləri və şəffaflıq standartlarının dövlət orqanlarında tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

tehsil-press.az

Oxşar xəbərlər