Ali lider: İran ABŞ-la Suriya üzrə danışıqlar aparmayacaq

Ali lider: İran ABŞ-la Suriya üzrə danışıqlar aparmayacaq İranın ali lideri Ayətullah Əli Xameneyi Suriya böhranı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə hər hansı danışığın mümkün olmadığını bəyan edib.

Tehsil-press.az-ın məlumatına görə, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü ərəfəsində tələbələr qarşısında çıxış edən Xameneyi Birləşmiş Ştatların xüsusilə nüvə sazişindən sonra etibarsız tərəfdaş olduğunu deyib.
Suriya böhranı ilə bağlı danışan Ə.Xameneyi ABŞ-la danışıqların regionda daha çox problemlərə səbəb olacağını ifadə edib.
Xameneyi deyib: “ABŞ-ın məqsədi İranın inkişafının qarşısını almaqdır. Onlarla danışıqlar bölgədə problemi həll etməyəcək, əksinə yenilərini yaradacaq.”

Tehsil-press.az

Oxşar xəbərlər