ABŞ səfirliyi: Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə edib

ABŞ səfirliyi: Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə edib Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və ölkəmiz o vaxtdan bəri birgə qurduğumuz səmimi dostluğu yüksək dəyərləndirir.

Tehsil-press.az-n məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Azərbaycanın Dövlət Müstəqilliyi ilə bağlı təbrik bəyanatında bildirilir.
Bəyanatda deyilir: "Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə edib və biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu və sabit gələcəklərini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə çalışmağa davam etməyə hazırıq. ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında vasitəçilik roluna sadiq olaraq qalır. Əsrin dörddə biri qədər mövcüd olan müstəqilliyin bu əlamətdar ildönümü münasibətilə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırırlar".

Tehsil-press.az

Oxşar xəbərlər