ABŞ İrana qarşı sanksiyaları bir il müddətinə uzatdı

ABŞ İrana qarşı sanksiyaları bir il müddətinə uzatdı ABŞ prezidenti Barak Obama cümə axşamı 1979-cu ildə İrana qarşı tətbiq olunan Amerika sanksiyaları rejimini bir il müddətinə uzatmaq barədə qərar qəbul edib.

Tehsil-press.az xəbər verir ki, bu barədə Obamanın Ağ Ev tərəfindən açıqlanan məktubunda bildirilir.
"Bizim İranla münasibətlərimiz hələ normal məcrasına dönməyib…Bu səbəbdən 14 noyabr 1979-cu ildə elan olunan sanksiyalar rejimi 14 noyabr 2016-cı ildən sonra da davam etməlidir. Mən bununla əlaqədar olaraq İrana qarşı sanksiyalar rejiminin davam etdirilməsi barədə qərar qəbul etdim", - deyə Obamanın məktubunda bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər