
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə məlumat verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva imtahanda iştirak edəcək müəllimlərin sayının təxminən üç minə yaxın olduğunu bildirib. Diaqnostik qiymətləndirmənin müəllimlərin əməkhaqlarının artırılmasına xidmət etdiyini deyən M.Vəliyeva bildirib ki, ötən illərdə Bakıda işləyən müəllimlərin təxminən 28 mini diaqnostik qiymətləndirmədə iştirak edib.
BŞTİ-nin müdiri deyib ki, bu prosesə hazırlıq müəyyən vaxt tələb edir. Hazırda bununla bağlı təşkilatı işlər aparılır.