Azərbaycana psixotrop preparatlar gətirən dəstə yaxalandı

Azərbaycana psixotrop preparatlar gətirən dəstə yaxalandı Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyindən tehsil-press.az-a verilən məlumata görə, insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Gürcüstandan qaçaqmalçılıq yolu ilə Azərbaycana psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstə barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin mütəşəkkil cinayətkar dəstənin üzvləri – Gürcüstan vətəndaşları Heydər Rüstəmov, onun qohumu Arifə Rüstəmova, eləcə də Ağcəbədi rayon sakini Cavidan Hüseynov və Füzuli rayon sakini Şahin Qurbanov saxlanılıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, H.Rüstəmov və A.Rüstəmova psixotrop tərkibli dərman preparatlarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirərək digər dəstə üzvləri vasitəsilə satışını təşkil ediblər.
Saxlanılan şəxslərin üzərlərindən, həmçinin yaşadıqları evlərdən külli miqdarda güclü psixotrop təsirə malik olan “Rivotril”, “Ksanaks”, “Tramadol”, "Relanium”, “Lyrica” və satışı qadağan olunan digər adlarda dərman preparatları aşkar olunaraq götürülüb.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azərbaycana psixotrop preparatlar gətirən dəstə yaxalandıAzərbaycana psixotrop preparatlar gətirən dəstə yaxalandıAzərbaycana psixotrop preparatlar gətirən dəstə yaxalandı

Tehsil-press.az

Oxşar xəbərlər