Azərbaycan ordusu şəhid verib

Azərbaycan ordusu şəhid verib Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aqil Qismət oğlu Məlikov noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Tehsil-press.az

Oxşar xəbərlər