Odlar Yurdu Universitetində "Riyaziyyat, informatika və texniki fənlər" kafedrasının müəllimi Kərimova Sənəm Alı qızının “Neft-qaz mühəndisliyi” IV kurs 776 qrupunda "Nasos üzərində qoyulan qoruyucu vasitələr" mövzusunda açıq dərsi keçirildi

Odlar Yurdu Universitetində Dərsdə tədris işləri üzrə prorektor prof. N.Q. Zeynalov, "Riyaziyyat, informatika və texniki fənlər" kafedrasının müdiri dos.Mübariz Baləli oğlu Vəliyev, müdir müavini b/m İlham Qardaşxan oğlu Cəbrayılov iştirak etdilər. Dərs OYU-nun “TexnoPark”ında “Neft-qaz” avadanlıqları ilə təchiz olunmuş auditoriyada keçirildi. Tələbələr dərslik içərisindəki mövzuları ayrıca slayd şəklində hazırlamışdılar. Burada onlar müxtəlif qaynaqlardan (internet, plakatlar, kitab) məlumatlar əldə edib, onu mövzuya uyğun şəkil və videolarla birlikdə təqdim etdilər. Daha sonra açıq dərsdə təqdim olunan məlumat haqqında suallar qoyulub, müzakirə təşkil edildi. Müzakirədə bütün tələbələr iştirak etdilər. Ümumilikdə dərs çox maraqlı keçdi.

OYU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər