AzMİU-nun ictimai fənlər kafedrasının müəllimi Gülarə Abbasova “Multikulturalizm və tolerantlığın yaranma tarixi” mövzusunda məruzə ilə çıxış edib, vurğulayıb ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb. Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları üçün deyil, bütövlükdə dünya xalqları üçün yaxşı nümunədir. Azərbaycanda multikulturalizmin yaşam tərzi olduğunu qeyd edən G.Abbasova multikultural dəyərlərin hər bir Azərbaycan vətəndaşı tərəfindən qorunmasının vacib olduğunu söyləyib.
Sonra mövzuya həsr olunmuş video-çarx nümayiş olunub.
Fakültənin tələbəsi Fidan Məmmədova Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği istiqamətində görülən işlərin gənclər arasında vətənpərvərlik təbliğatının güclənməsinə təkan verəcəyini bildirib.

