"Facebook"da bütün saxta profillər bağlanır

[b]Sosial media nəhəngi "Facebook" növbəti yeniliklər edəcək.[/b]

Tehsil-press.az xəbər verir ki, bu barədə şirkətin qurucusu və rəhbəri Mark Zukerberq özü açıqlama verib. Belə ki, yaxın günlərdən etibarən "Facebook"da saxta hesab açmaq mümkün olmayacaq. Bu günədək saxta profil açanların səhifələri də bağlanacaq. "Bunun olması üçün hazırda şirkət işçiləri ciddi iş görürlər", — deyə Zukerberq bildirib. O, prosesin necə və hansı formada ediləcəyi barədə isə detallara girməyib.

Tehsil-press.az

Oxşar xəbərlər