"Facebook"dan yenilik

Artıq 24 saat canlı yayım etmək olar.

Dünyanın ən reytinqli sosial şəbəkəsi "Facebook" daha bir inqilabi yeniliyə imza atıb. ANS PRESS-in məlumatına görə, artıq “Facebook”istifadəçiləri 24 saatlıq canlı yayım edə biləcəklər.
1.59 milyard istifadəçi sayına sahib olan sosial şəbəkə 24 saatlıq canlı yayımla yanaşı digər bir yeniliyi də istifadəçiləri ilə paylaşır. Çoxlarının narazılığına səbəb olan canlı yayımlanan videoların qalıcı olaraq qeyd edilməməsi problemi də aradan qaldırılıb. Daha istifadəçilərin canlı paylaşdığı videolar qalıcı olacaq və video saatlar sonra istifadəçilər tərəfindən yenidən izlənilə biləcək.
“Facebook” istifadəçilərə pul verəcək
Yeniliyin “Facebook” istifadəçilərinin müxtələif ehtiyaclarına xidmət edə biləcəyi deyilir.
Yeniliyə münaisbət də birməmalı deyil. Belə ki, bəziləri bunun yaxşı addım olduğunu desə də, bir qisim istifadəçi 24 saatlıq paylaşımların şəxsi həyata müdaxilə olacağını düşünürlər. Yenilik yaxın zamanlarda istifadəçilərə təqdim ediləcək.

"Facebook"dan yenilik
"Facebook"da canlı yayım etmək qaydası
Ötən ay isə “Facebook” şirkəti sosial şəbəkə vasitəsi ilə istifadəçilərə eyni zamanda bir neçə nəfərə zəng etməyə imkan verən funksiyanı işə salıb. "Facebook" messencer vasitəsilə istifadəçilər qrup zəngləri edə biləcəklər. Bu barədə proqramın təchizatçısı Devid Markus öz "Facebook" hesabında status paylaşıb.
Eyni zamanda bir neçə istifadəçiyə zəng etmək üçün qrupun çatında telefon dəstəyi olan düyməni basmaq lazımdır. Əgər qrup üzvlərindən kimsə gələn zəngi buraxsa, o sonradan qrupun danışığına qoşula bilər. Qrup danışığına 50 nəfərə qədər istifadəçi əlavə etmək olar.


Tehsil-press.az

Oxşar xəbərlər