İlham Əliyev Rumıniya Prezidentini təbrik edib

İlham Əliyev Rumıniya Prezidentini təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Rumıniya Prezidenti Klaus İohannisə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Rumıniyanı dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, strateji xarakter daşıyan tərəfdaşlığımız, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah diləyirəm".

Tehsil-press.az

Oxşar xəbərlər