
Tehsil-press.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinq zamanı deyib. M.Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə regionun digər ölkələrinin də iştirakı ilə üçtərəfli formatda əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
Onun sözlərinə görə, Azərbaycanın və Türkiyənin regionda ümumi hədəfləri var və ölkələr bir-birilərini dəstəkləyərək birgə fəaliyyət göstərmək niyyətindədirlər.
Tehsil-press.az