Layihə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatı dəstəyi ilə ali təhsil müəssəsinin tələbələri arasında təşkil edilib. 3 gün davam edən bilik yarışmasında 50 nəfər tələbə-gənc iştirak edib. Gənclər Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadiyyatı ilə bağlı olan yazıları təşkilat komitəsinə təqdim ediblər. Layihənin sonunda bütün gənclərə layihə çərçivəsində müvafiq kitabça, buklet və sertifikatlar paylanılıb.
Mətbuat və informasiya şöbəsi
