Neft hasilatının azalma həcmi AÇIQLANDI

Neft hasilatının azalma həcmi AÇIQLANDI Kartelə üzv olmayan 11 ölkə hasilatı ümumilikdə sutkada 558 min barel azaltmış olacaq

OPEC-ə üzv olmayan ölkələrin neft hasilatını azaltmasına dair dəqiq məlumatlar açıqlanıb. Kartelin şənbə günü Avstriyanın paytaxtı Vyanada müstəqil neft istehsalçıları ilə neft hasilatına dair əldə etdiyi razılığa əsasən, Malayziya onun səviyyəsini sutkada 20 min, Ekvatorial Qvineya 12 min, Bəhreyn isə 10 min barel azaldacaq.
Tehsil-press.az bildirir ki, bu barədə Nigeriyanın Neft Ehtiyatları Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat dərc olunub.
Məlumata görə, Cənubi Sudan hasilatı sutkada 8 min barel, Sudan və Bruney isə hər biri 4 min barel aşağı salacaq.
Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və digər ölkələr üçün hasilatın azaldılması həcmləri barədə məlumatlar nazirliyin şənbə günü görüşdən sonra dərc etdiyi rəqəmlərlə eynidir.
Belə ki, Rusiya sazişə görə hasilatı 300 min, Meksika 100 min, Oman 45 min, Azərbaycan 35 min, Qazaxıstan isə 20 min barel azaldacaq.
Ümumilikdə kartelə daxil olmayan 11 ölkə neft hasilatını sutkada 558 min barel azaltmış olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər