Azərbaycan XİN İstanbulda törədilmiş terror aktını qəti şəkildə pisləyib

Azərbaycan XİN İstanbulda törədilmiş terror aktını qəti şəkildə pisləyib Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İstanbulda törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb.

Tehsil-press.az-ın məlumatına görə, bəyanatda qeyd edilir:
"Biz İstanbulda gecə klublarından birində törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik. Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Xain və alçaq terror əməllərini törədənlər heç zaman qardaş Türkiyənin terrorizmə qarşı mübarizədə əzm və qətiyyətini sarsıda bilməzlər.
Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.
Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu ünvanlayıb.
Hazırkı məlumata görə, yaralananlar sırasında iki nəfər Azərbaycan vətəndaşı da müəyyən edilib.
Azərbaycanın İstanbuldakı Baş konsulluğu məsələ ilə əlaqədar Türkiyənin müvafiq dövlət orqanları və vətəndaşlarımızla davamlı təmasdadır".

Tehsil-press.az

Oxşar xəbərlər