
Azərbaycan XİN-in mətbuat xidmətindən Tehsil-press.az-a verilən məlumata görə, E.Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə A.Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək S.Lavrova dərin hüznlə başsağlığını ifadə edib.
Nazir məktubda, həmçinin öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.
Tehsil-press.az