Kanadada Pakistan və Fransa təyyarələri toqquşdu

Kanadada Pakistan və Fransa təyyarələri toqquşdu Kanadanın Toronto şəhəri yaxınlığında yerləşən Pirson beynəlxalq aeroportunda iki təyyarə toqquşub.

Tehsil-press.az məlumat verir ki, qəza nəticəsində xəsarət alan olmayıb.
Qəza "Pakistan International Airlines" və "Air France" avişirkətinə məxsus təyyarlərin toqquşması nəticəsində baş verib. Pakistan təyyarəsi meydançada manevr edən zaman qanadı ilə Fransaya məxsus təyyarə ilə toqquşub.
Məlumatda deyilir ki, qəzaya görə təyyarələrin sərnişinləri bir neçə saat hava limanının terminalında gözləməli olublar, bu səbəbdən uçuş ləngiyib.

Tehsil-press.az

Oxşar xəbərlər