"Qatar Airways"ə məxsus yanan təyyarə İstanbulda qəza enişi edib (YENİLƏNİB)

İstanbul-Doha marşrutu üzrə uçan "Qatar Airways" aviaşirkətinə məxsus təyyarə İstanbul hava limanına qəza enişi edib. Tehsil-press.az bu barədə Türkiyənin "Haber7" qəzetinə istinadən məlumat verir. Məlumatda qeyd edilir ki, təyyarənin mühərriklərindən birində yanğın baş verib. Təyyarə havaya qalxdığı "Atatürk" hava limanına geri qayıdaraq eniş etməyə məcbur olub. Hazırda təyyarədən sərnişinlərin təxliyyəsi aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər