"Şahdağ" Turizm Mərkəzinə rekord sayda turist gəlib

Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə rekord sayda turist gəlib.

Mədəniyyət və Turizm Nazirliyindən Tehsil-press.az-a verilən məlumata görə, bu mövsüm turizm mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində turistlərin rekord sayı ilə yadda qalıb. Belə ki, bayram günləri ərəfəsində 20 mindən çox turist qəbul edən mərkəzdə təkcə 2 yanvar tarixi üçün 6 min nəfərdən artıq turist qeydə alınıb.
Ümumilikdə, qış mövsümü açılandan – 15 dekabr tarixindən bu günədək Şahdağı ziyarət edənlərin sayı 35 min nəfərdən çox olub.

Tehsil-prress.az

Oxşar xəbərlər