ANS rəhbərindən ŞAD XƏBƏR: "Bu günkü sevinci dostlarla bölüşmək istəyirik"

ANS rəhbərindən ŞAD XƏBƏR: BALANS Milli Animasiya Studiyası ilk 3 cizgi serialınının çəkilişi bitib. Bu barədə keçmiş ANS kanalının rəhbəri rejissor Vahid Mustafayev məlumat verib. O sevincini ilk olaraq tamaşaçısı ilə bölüşüb:
"Ümumiyyətlə ANS-çi olaraq illərlə kədəri içimizdə saxlamağı öyrənmişik, yalnız bu günkü sevinci dostlarla bölüşmək istəyirik. BALANS Milli Animasiya Studiyamız ilk 3 cizgi serialını çəkdi. Bu gün mən sizə 5-10 yaşlı uşaqlar kateqoriyası üçün "DOSTLAR" ibrətamiz və əyləndirici cizgi serialınının bir hissəsini təqdim edirəm. Deyəsən Azərbaycan cizgi filmlər ənənəsi dirçəlir. Allah Azərbaycanı qorusun!!!”.

Tehsil-press.az

Oxşar xəbərlər