Meksika prezidentindən Trampa sərt cavab

Meksika prezidentindən Trampa sərt cavab Meksika hökuməti ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək.

Tehsil-press.az-ın verdiyi xəbərə görə, bunu Meksika prezidenti Enrike Penya Nyeto bəyan edib.
“Meksika divarlara inanmır. Meksika ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcək”, - deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini yenidən təsdiqləyib. “Meksika ilə sərhəddə divarın tikilməsinə bir müddətdən sonra başlanılacaq. Meksika divarın xərclərini 100% ödəyəcək. Onlar hələ ki, bunu bilmirlər, amma onlar divarın xərclərini ödəyəcəklər”, - deyə D.Tramp qeyd edib.
Qeyd edək ki, noyabrda D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan etmişdi, mühacirlərin qarşısının alınması üçün isə ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə söz vermişdi.

Tehsil-press.az

Oxşar xəbərlər