Meksika səfiri ADU-da oldu

Meksika səfiri ADU-da oldu Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Azərbaycan Dillər Universitetində (ADU) oldu. ADU-nun İspan dili kafedrasının müdiri Aynur Quliyeva və Meksika səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan görüşdə səfir “Meksika bu gün” adlı təqdimatla çıxış etdi.
İspan dilli ölkə olan Meksikanı tələbələrə daha yaxından tanıtmaq məqsədi ilə təşkil olunan görüşdə səfir Rodriqo Labardini təmsil etdiyi ölkənin iqtisadiyyatının əsas göstəriciləri, biomüxtəlifliyi, mədəniyyətinin zənginliyi, həmçinin turizm imkanları haqqında geniş məlumat verdi. ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Meksika səfiri R.Labardini təhsil sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.
İspan dili kafedrasının müdiri Aynur Quliyeva diplomatik nümayəndəliklə əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdi, qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin arzu olunan hal hesab etdiyini bildirdi.
Təqdimatdan sonra universitet tələbələri ilə “Mariaçi Bakı” qrupu ənənəvi Meksika mahnılarını ifa etdilər.


ADU-nun Mətbuat Şöbəsi


Meksika səfiri ADU-da oldu

Meksika səfiri ADU-da oldu

Oxşar xəbərlər