Tramp ABŞ bayrağını yandıranların cəzalandırılması haqda

Tramp ABŞ bayrağını yandıranların cəzalandırılması haqda ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ictimai şəkildə ölkə bayrağını yandıranların cəzalandırılmasının zəruriliyini bildirib.

Bu barədə D.Tramp Twitter səhifəsində yazıb.
"Heç kimə ABŞ bayrağını yandırmağa icazə vermək olmaz. Onlar bunu edirlərsə, cəzası da olmalıdır - bəlkə də vətəndaşlıqdan məhrumetmə və ya 1 il həbs cəzası!", - deyə yeni prezident qeyd edib.
Qeyd edək ki, daha əvvəl Respublikaçılar Partiyasının nümayəndəsinin prezident seçilməsinə etiraz edənlər üç saat ərzində nümayiş keçirdikdən sonra Atlantada, Corcoya ştatının qanunvericilik məclisinin binası qarşısında ABŞ bayrağını yandırıblar. Nümayişdə 500-dən çox insan iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər