
Tehsil-press.az-ın bildirir ki, ailəsi qızlarının ağ ciyərinə qısqac batdığını eşidəndə şok olublar. Qızı müəayinə və əməliyyat edən həkimlər də belə hadisəylə ilk dəfə rastaşdıqlarını və özlərinin də şok olduqlarını bildiriblər:
"Müayinələr nəticəsində qızın ağciyərində bir qısqac olduğunu aşkar etdik. Əvvəlcə əməliyyat aparmadan, bronxoskopiya dediyimiz üsulla ağciyərdəki yad cismi çıxarmağa çalışdıq, ancaq metal dərində olduğundan bu üsul işə yaramadı. Daha sonra əməliyyat etməyə qərar verdik. Əməliyyat zamanı ağciyərin xaricinə batmış cismin paslandığını gördük və bu səbəbdən ağciyərin bir qismini götürmək məcburiyyətində qaldıq. Əks təqdirdə pas həmin bölgədə yenidən fəsada səbəb ola bilərdi".
Həkimlər qızın hazırda vəziyyətinin yaxşı olduğunu qeyd ediblər: "Xəstəmiz hazırda çox yaxşıdır, bir neçə gün daha xəstəxanamızda nəzarət altında qalacaq".
Həkimlər həmçinin valideynlərə ehtiyatlı olmağı, övladlarında uzun sürən öskürək halalrı baş verdikdə dərhal həkimə aparmağı məsləhət görüblər.
Tehsil-press.az