Türkiyə aviasiyası Suriyada İŞİD-in daha 51 yaraqlısını məhv etdi

Türkiyə aviasiyası Suriyada İŞİD-in daha 51 yaraqlısını məhv etdi Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti “Fərat qalxanı” əməliyyatı çərçivəsində ötən sutka ərzində 51 İŞİD yaraqlısını öldürüb.

Tehsil-press.az bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda deyilir ki, Türkiyə Hərbi Hava Qüvvələri Əl-Bab, Tadif, Kabbasin və Bzagah bölgələrində İŞİD-ə məxsus 85 hədəfə zərbə endirib. Yerüstü atəş vasitələri isə qruplaşmanın 244 hədəfini vurub. Nəticədə yaraqlıların sığınacaq kimi istifadə etdiyi 83 bina, 10 minalanmış avtomobil, 2 silah anbarı və 2 top məhv edilib. Hava zərbələri və toqquşmalarda İŞİD qruplaşmasının 51 yaraqlısı öldürülüb.
Xatırladaq ki, 2016-cı il avqustun 24-də başlayan “Fərat qalxanı” əməliyyatı Suriyanın şimalındakı əraziləri İŞİD qruplaşmasından təmizləmək məqsədi daşıyır.

Tehsil-press.az



Oxşar xəbərlər