Türkiyənin hərbi təyyarələri İŞİD-in mövqelərinə zərbə endirib
Türkiyə Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir. Türkiyənin hərbi təyyarələri İŞİD-in Tall Atiyah və Əl Athariyah rayonundakı mövqelərinə zərbələr endiriblər. Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə avqustun 24-dən Suriyanın şimalında İŞİD silahlılarına qarşı “Fərat Qalxanı” adlı əməliyyata başlayıb.Tehsil-press.az
- Baxış: 7734
Xəbərin tarixi: 24.09.2016 / 10:41
-
Oxşar xəbərlər