OPEC-in neft hasilatı yanvarda azalıb

OPEC-in neft hasilatı yanvarda azalıb Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı yanvar ayında gündəlik 890 min barrel azalaraq 32 milyon 140 min barrel olub.

Təhsil-press.az OPEC-in hesabatına istinadla xəbər verir ki, OPEC-in hasilatının azaltması qlobal neft istehsalındakı payı əvvəlki aya nisbətən 33,5 faizə geriləməsinə səbəb olub. Yanvarda qlobal neft təklifi əvvəlki aya görə gündəlik 1 milyon 290 min azalaraq 95 milyon 820 min barrel təşkil edib. Neft təklifi 2016-cı ilin yanvar ayına nisbətdə isə 460 min barrel azalıb.
Yanvarda OPEC üzrə xam neft hasilatı ən çox Nigeriya, Liviya və İranda artıb, ən böyük azalma isə Səudiyyə Ərəbistanı, İraq və Birləşmiş Ərəb Əmirliklərində baş verib.

Təhsil-press.az

Oxşar xəbərlər