
Məktəblərdə “Ana dilim varlığımdır”, “Ana dilimizi sevək, sevdirək”, “Mənim dilim” və digər mövzularda “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar təşkil olunub.
Müəllim və şagirdlərin iştirak etdikləri tədbirlərdə Beynəlxalq Ana Dili Gününün geniş qeyd olunmasının əhəmiyyətindən bəhs edilib. Qeyd olunub ki, 1999-cu ildə UNESCO-nun baş konfransında təsis olunan Beynəlxalq Ana Dili Günü mədəni müxtəlifliyi, o cümlədən çoxdilliliyi təbliğ etmək məqsədi daşıyır.
Çıxış edənlər Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıblar.
Şagirdlər ana dilimizə həsr edilmiş şeirlər, atalar sözləri söyləyib, mahnılar ifa ediblər.
Afət Abbasova