Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçiliblər

Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçiliblər Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov və texnika elmləri doktoru, professor Leylufər Əliyeva ABŞ-da “Natural Sciences Publishing” (USA) şirkəti tərəfindən nəşr olunan “Kimya elmləri və tətbiqlər” beynəlxalq jurnalının redaksiya heyətinin tərkibinə daxil ediliblər.
İldə üç nömrəsi nəşr olunan jurnal 2007-ci ildə təsis edilib.
Kimya elminin bütün sahələrini əhatə edən nəşrdə bu istiqamətdə aparılan elmi-tədqiqatların nəticələri dərc olunur.

NKPİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər