ATU-nun rektoru xanımların bayramını təbrik edib

ATU-nun rektoru xanımların bayramını təbrik edib Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli bu ali təhsil ocağında çalışan xanımları qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etdi.
Rektor ATU-da fəaliyyət göstərən xanımlara çiçək verərək, onlara ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıb: “Əziz xanımlar! Bu bayramlar ərəfəsində sizi ürəkdən təbrik edirəm - həm 8 mart Beynəlxalq Qadınlar günü, həm “Yel çərşənbəsi”, həm də qarşıdan gələn Novruz bayramı münasibəti ilə. Ümumiyyətlə, psixoloqların bir çox tədqiqatları gender məsələləri ilə əlaqədar olur. Bir çox tədqiqatlar göstərir ki, mono-kollektivdə həmişə böyük psixoloji gərginliklər yaşanır. Yəni ancaq qadın və ya ancaq kişilərdən ibarət kollektivdə mütləq gərginlik olur. Ancaq qarışıq kollektivlərdə gərginliklər sovuşur. Sizlərə baxıram, görürəm ki, belə kollektivdə ümumilikdə, gərginlik olmamalıdır. Hesab edirəm ki, siz öz iş yerinizdə həm universitet üçün, həm də xalqımız üçün əlinizdən gələni edirsiniz və edəcəksiniz də. Sizlərə və ailənizə səadət, mehribançılıq, can sağlığı arzu edirəm. Neçə belə gözəl bayramlara çıxasınız!”

ATU-nun Mətbuat Xidməti


ATU-nun rektoru xanımların bayramını təbrik edib

Oxşar xəbərlər