Konfrans çərçivəsində Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullaya Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) direktoru tərəfindən Xarici dil (İngilis dili) müəllimliyi, Beynəlxalq münasibətlər və Tərcümə (İngilis dili) təhsil proqramları üzrə ilk dəfə olaraq beynəlxalq akkreditasiyadan keçməsi haqqında sertifikat təqdim olunub.
Xarici Ekspert Komissiyası tərəfindən Azərbaycan Dillər Universitetinin adı çəkilən təhsil proqramlarının IAAR-ın beynəlxalq akkreditasiya standartlarına uyğun hesab olunub.
Bu, ADU tarixində bir ilkdir və akkreditasiya ali təhsil proqramları üçün beynəlxalq təcrübədə ən yüksək göstəricilərdən sayılan 5 (beş) illik müddətə verilmişdir.
Tehsil-press.az






