Sabiq Cənubi Koreya prezidenti 14 saat sorğu-suala tutuldu

Sabiq Cənubi Koreya prezidenti 14 saat sorğu-suala tutuldu Cənubi Koreya prokurorluğu martın 21-də ölkənin sabiq prezidenti Pak Kın Xenin dindirilməsini başa çatdırıb.

Təhsil-press.az-ın məlumatına görə, dindirilmə prosesi 14 saat çəkib. Prokurorluq Pak Kın Xenin ötən ilin sonunda həbs olunan və sabiq prezidentin ən yaxın rəfiqəsi olan Çoy Sun Sulun əli olan 13 korrupsiya işində iştirak etdiyində şübhələnir. Pak Kın Xe ona qarşı irəli sürülən bütün ittihamları tamamilə rədd edib.
Qeyd edək ki, ötən il Cənubi Koreya parlamenti Pak Kın Xeni korrupsiyada və hakimiyyətdən sui-istifadədə təqsirləndirərək onun impiçmentinə səs vermişdi.

Təhsil-press.az

Oxşar xəbərlər