NATO-nun baş katibi ABŞ prezidenti Donald Trampla görüşəcək

NATO-nun baş katibi ABŞ prezidenti Donald Trampla görüşəcək NATO-nun baş katibi Yens Stoltenberq aprelin 12-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşəcək.

Təhsil-press.az-ın verdiyi xəbərə görə, Stoltenberq artıq ABŞ müdafiə naziri Ceyms Mettislə Vaşınqtonda görüş keçirib. Görüş zamanı terrorizmlə mübarizə məsələləri, Əfqanıstanda və Kosovoda olan vəziyyət müzakirə edilib. Qeyd edək ki, hazırda ABŞ-da səfərdə olan Stoltenberq Donald Trampın Birləşmiş Ştatların prezidenti seçildikdən sonra ABŞ-a ilk səfəridir.

Təhsil-press.az

Oxşar xəbərlər