Yağışlı havada bu qaydanı bilməmək sizə cərimə bahasına başa gələ bilər

Yağışlı havada bu qaydanı bilməmək sizə cərimə bahasına başa gələ bilər Yağışlı, qarlı və ya dumanlı havada avtomobil idarə edirsinizsə, yaxın vuran işıqları mütləq qoşmalısınız. Əks halda cərimə oluna bilərsiniz.

Təəssüf ki, qaydaları zəif bilən bəzi sürücülər düşünür ki, faralar yalnız gecə vaxtı yolu işıqlandırmaq üçündür. Əslində isə işıq cihazlarının ən vacib funksiyalarından biri avtomobili yolda daha görünən etməkdir.

Məhz buna görə də əksər yeni avtomobillərdə daim yanan LED işıqlar yalnız dizayn üçün deyil, təhlükəsizlik məqsədilə nəzərdə tutulub.

Yağışlı havada işıqlarını yandırmayan avtomobil arxa güzgüdə demək olar ki, görünmür. Bu isə qəza riskini ciddi şəkildə artırır.

Boşuna deyil ki, bir çox ölkələrdə payız-qış mövsümündə, bəzilərində isə ümumiyyətlə ilboyu gündüz də faralardan istifadə məcburidir.

Bəs bizdə qayda nə deyir?

Azərbaycan Respublikasının Yol hərəkəti Qaydalarının 70-ci maddəsinə əsasən, məhdud görünmə şəraitində – yəni yağışlı, qarlı və ya dumanlı havada – yaxın vuran işıqların və ya duman əleyhinə faraların yandırılması mütləqdir.

Bu tələbi pozan sürücülər üçün 30 manat cərimə nəzərdə tutulub.

Əgər qaydaları hamı bilmir deyə düşünürsünüzsə, bu videonu dostlarınıza göndərin.

Unutmayın: təhlükəsiz küçələr hər birimizdən başlayır.

Maraqlı və faydalı videoları qaçırmamaq üçün abunə olmağı da unutmayın.

Tehsil-press.az

Oxşar xəbərlər