Vəzifəsini itirən müavinlərdən biri Orucəli Hacıyev barədə maraqlı məlumatlar əldə edib.

Digər iki müavindən fərqli olaraq Orucəli Hacıyev heç bir xüsusi hərbi rütbəyə malik olmayıb.
O,bu vaxta qədər mülki əməkdaş kimi nazir Kəmaləddin Heydərovun müavini postunu tutub.
Əldə etdiyimiz məlumata görə,Orucəli Hacıyevin kürəkəni Aqil Qurbanov da nazir müavinidir.O,müdafiə naziri,general-polkovnik Zakir Həsənovun müavini postundadır.
13.07.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsinə təyin edilib.Onun da hərbi rütbəsi yoxdur.

Aqil Qurbanov da qayınatası kimi,mülki əməkdaş olaraq mühüm vəzifəni tutur.O,1986-cı il təvəllüddür.2004-2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.2008-2009-cu illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.09.12.2022-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin edilib.
27.02.2023-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 25.06.2025-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Ailəlidir. İki övladı var.
Tehsil-press.az






