Vahidə Rzayeva Holdinqdə İnsan Resursları Departamentinin direktoru vəzifəsinə təyin edilib.
V.Rzayeva 2024-cü ildən sözügedən şirkətdə fəaliyyət göstərir. Vahidə Rzayeva 2011-2022-ci illərdə "Azercell Telecom MMC-də Təşkilati İnkişaf və Transformasiya üzrə ekspert və lider kimi fəaliyyət göstərib. Bundan başqa o, 2023-2024-cü illərdə AzerGold QSC-də İnsan Resursları direktoru vəzifəsində çalışıb.
Təhsilinə gəlincə, V.Rzayeva Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında inzibati idarəetmə ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra MBA dərəcəsini "Georgia State University"də biznesin və əməliyyatların idarə edilməsi üzrə əldə edib, həmçinin "Stanford University"də təhsil proqramlarında iştirak edib.
Qeyd edək ki, Vahidə Rzayeva rus, ingilis və türk dillərini bilir. Bundan əlavə o, Beynəlxalq HR sertifikatlarına malikdir.
Tehsil-press.az






