Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində akademiyanın magistratura pilləsinin ilk məzunları ilə görüş keçirilib.
Bu qurumun prezidenti, akademik Akif Əlizadə görüşün tarixi əhəmiyyətini vurğulayıb, akademiyanın ilk magistrantı adını qazanan gəncləri təbrik edib. Qeyd edilib ki, bu gənclərin AMEA-nın elmi təcrübəsindən yararlanaraq aldıqları təhsil onların peşəkar mütəxəssis kimi yetişmələrində və gələcək fəaliyyətlərinin daha səmərəli təşkilində mühüm rol oynayacaq.
Akademik A.Əlizadə Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) fəaliyyəti, burada gənc tədqiqatçılar üçün yaradılmış şərait haqqında məlumat verib, magistrantları dünya elminə inteqrasiya etməyə, daim axtarışda olub elmi potensiallarını gücləndirməyə çağırıb.
Sonra magistrantların hər biri iki il ərzində aldıqları təhsil, əldə etdikləri təcrübə və nailiyyətlərdən söz açıblar. Bildiriblər ki, xarici ölkə alimlərinin mühazirələrində, müxtəlif respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, AMEA-nın laboratoriyalarında aparılan tədqiqatlarla tanışlıq onların elmi təfəkkürünün formalaşmasında mühüm rol oynayıb. Məzunlar magistratura təhsili ilə bağlı xoş təəssüratlarını bölüşüb, yaradılan şəraitə görə AMEA-nın rəhbərinə təşəkkürlərini bildiriblər.
Sonda akademik A.Əlizadə yaxın günlərdə respublika üzrə Azərbaycan dilini ən yaxşı bilən magistrant və doktorant müsabiqəsinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, növbəti addım olaraq rus və ingilis dilini ən yaxşı bilən magistrant və doktorant müsabiqəsinin də keçirilməsi planlaşdırılır.
Kəmalə Rəhimli