“Eurovision-2017”nin qalibi məlum oldu - Yenilənib

“Eurovision-2017”nin qalibi məlum oldu - Yenilənib Ukraynanın paytaxtı Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin finalı başlayıb.

Təhsil-press.az xəbər verir ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.
Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “ Skeletons” mahnısını səsləndirəcək.
***
Azərbaycan təmsilçisi Dihaj 12-ci nömrə altında səhnəyə çıxıb. O, "Skeletons"u canlı ifa edib. Müsabiqənin aparıcıları onu xüsusi olaraq təqdim ediblər.
***
Yarışmada 26 iştirakçı öz şou və ifalarını təqdim ediblər. Artıq səsverməyə start veriblər.
***
Səsvermə zamanı səhnəyə Ukraynanın xalq artisti Ruslana və "Eurovision 2016"nin qalibi Jamala çıxış edib. Aparıcılar onların çıxışından sonra səsvermənin bitdiyini elan edib.
Azərbaycandan 8 balı Portuqaliyaya, 10 balı Moldovaya, 12 balı isə Belarusa verilib. Səsləri Tural Əsədov təqdim edib.
Jurilərin Azərbaycana verdiyi səs:
San-Marino 5 xal
Albaniya 2 xal
Yunanistan 10 xal
Moldova 5 xal
Bolqarıstan 5 xal
İtaliya 12 xal
Portuqaliya 12 xal
İrlandiya 1 xal
Gürcüstan 10 xal
Kipr 1 xal
Macarıstan 4 xal
Belçika 4 xal
Polşa 1 xal
Ukrayna 6 xal
Azərbaycan münsif səsverməsindən 78 xal toplayıb. Hələki nəticələrə görə Portuqaliya birincidir.
İndi isə tamaşaçıların verdiyi səsvermə toplanır. 42 xal Azərbaycanın səslərinə əlavə olunub. Azərbaycanın toplam xalı 120 olub.
Portuqaliya qalib oldu. İkinci yerdə isə Bolqaristan tutdu. Üçüncü pillədə isə Moldova qərarlaşdı.
Azərbaycan isə yarışmanı 14-cü yerdə bitirdi.

Təhsil-press.az

Oxşar xəbərlər