Azərbaycandan Moskvaya gedən nüfuzlu biznesmenin hicablı arvadına qarşı hörmətsizlik

Azərbaycandan Moskvaya gedən nüfuzlu biznesmenin hicablı arvadına qarşı hörmətsizlik Azərbaycandan olan nüfuzlu biznesmenlərdən birinin həyat yoldaşı Moskvada diskriminasiyaya məruz qalıb.

Təhsil-press.az xəbər verir ki, bu barədə “Exo Moskva” radiostansiyasının əməkdaşı Maksim Şevçenko müsahibəsində bildirib. O, qeyd edib ki, bu yaxınlarda Azərbaycandan olan dostu, tanınmış biznesmen həyat yoldaşı ilə Moskvaya gələrkən ona qarşı “Domodedovo” hava limanında hörmətsizlik olunub.

Azərbaycandan Moskvaya gedən nüfuzlu biznesmenin hicablı arvadına qarşı hörmətsizlik

“Dostum çox hörmətli biznesmendir. Onun xanımı hicab geyinir. Hicab da müsəlman qadınlarının geyindiyi gözəl baş geyimidir. Bu geyimə görə qadını saatlarla hava limanında saxladılar. Nə qədər ki, müsəlmanlara qarşı bu ayrıseçkilik, onlara ikinci, üçüncü növ adamlar kimi yanaşılma davam edəcək, belə hadisələr çox olacaq”, - deyə jurnalist bildirib.

Təhsil-press.az

Oxşar xəbərlər